Azure Business Centre

Tərcümeyi hal nümunəsi. Tərcümeyi hal blankı

tercumeyi hal

Tərcümeyi hal – hər hansı bir şəxs  haqqında olan bioqrafik məlumatlardır. Tərcümeyi hal dövlət idarələri, böyük şirkətlər və s. tərəfindən işə qəbul olunarkən  istifadə olunur. Kiçik və orta şirkətlərdə işləyərkən çox vaxt  tələb olunmur. Bəzi şirkətlər CV formasi ilə birlikdə sizin Tərcümeyi hal nümunəsini  də tələb edirlər. Bəs tərcümeyi hal nümunə forması necə hazırlanır?

Bu yazıda siz bir neçə tərcümeyi halın yazılması və tərcümeyi hal nümunəsi ilə tanış olacaqsınız.

Tərcümeyi hal blankı – əl yazısı ilə, qaralama və düzəliş edilmədən yazılmalıdır. Tərcümeyi hal blankında  bilgiləriniz ardıcıl və dəqiq şəkildə yazılmalıdır. Aşağıdakı məlumatlar tercumeyi halda qeyd olunur:

  • ad, familiya, atasının adı, doğum ili, doğulduğu yer, milliyyəti;
  • nə vaxt, harada, və hansı tədris müəssisəsində təhsil alması, ixtisası;
  • işləməyə haçandan, harada və hansı vəzifədə başlaması; işlədiyi bütün şirkətlərin  adı, idarə və təşkilatların yerləşdiyi ünvanlar, iş yerini dəyişməsinin səbəbləri yazılır;
  • hərbi xidmət haqqında məlumatları;
  • ailə vəziyyəti və nikah haqqında məlumatlar;
  • ən yaxın qohumlar haqqında ümumi məlumatılar;

TƏRCÜMEYİ-HAL FORMASI

Mən Səidə Yusif qızı Əzimova 1980-ci ildə Bakı şəhərində anadan olmuşam. 1997-ci ildə 160 nömrəli orta məktəbi bitirmişəm.  Elə həmin il Bakı Dövlət Unversitesinə  daxil olmuşam. 2001-cü ildə oranı bitirmişəm.

Universiteti  bitirdikdən  sonra   2002-ci ildən 2019-cu ilədək  “Nosoil” şirkətində  mühasib  vəzifəsində işləmişəm. 

Atam, Akif Alim oğlu Abuyev 1960-ci ildə anadan olmuşdur, “CBL” şirkətində baş mühasibdir.

Anam, Arzu Heydər qızı Abuyeva 1966-ci ildə anadan olmuşdur, “Sağlam ailə ” tibb mərkəzində  ginekoloq vəzifəsində işləyir.

Qardaşım, Orxan Faqil oğlu Mehdiyev 1985-ci ildə anadan olmuşdur.  Neftçidir, evlidir, iki uşağı var.

Ərim, Zülfüqar Rüstəm oğlu Əzimov 1978-ci ildə anadan olmuşdur, sahibkardır.

Oğlum, Ceyhun Əzimov 2005-ci ildə anadan olmuşdur,  məktəbə gedir.

Tercumeyi hal yazanda ən əsas tələblər aşağıdakılardır : 

  • Tercumeyi halda doğulduğunuz il,ay,gün  (ölkə, şəhər, rayon, kənd) yazılmalıdır.
  • Mövzular dəqiq və ardıcıl olmalıdır. Xronologiyaya göstərdiyimiz tərcümeyi hal nümunəsində diqqət olunmalı haldır.
  • Tərcümeyi hal yazanın əl yazısı ilə eyni olmalı və yazılmalıdır.
  • Tərcümeyi haquruluşuna görə sadə və mürəkkəb növlərdə olur. Sadə tercumeyi hal ibtidai siniflərdə olur, qısa həcmli olur. Sadə tərcümeyi hal blankında şagirdlər ancaq özləri haqqında məlumat yazırlar.
  • Mürəkkəb tərcümeyi hal-da isə insan özü və valideynləri haqqında, onların məşğuliyyətləri haqda qısa məlumatlar yazılır.

Aşağıda sizə bir neçə tərcümeyi hal nümunə forması göstərəcəm. Tərcümeyi-hal nümunələri: