Spirtli içki içdikdən sonra necə etmək olar ki, sizə cərimə yazılmasın? Əslində bunun bir neçə yolu var.
- İçki içəcəyiniz ünvana taksi ilə gedib, taksi ilə qayıtmaq.
- İçki içəcəyiniz ünvana öz maşınınzla getdikdən sonra, geri ayıq sürücü çağıraraq getmək. .
- İçki içəcəyiniz ünvandan geri qayıdanda maşını içki içməyən dostunuza, qohumunuza həvalə etmək
Bəzən elə olur ki, restorana öz maşınınızla getməli olursuz. Bu zaman ən yaxşı variant kimi qiymətləri münasib olan 5050 ayiq surucu xidməti göstərən şirkətdən istifadə edə bilərsiniz.
Tibbi cəhətdən isə sərxoşluq vəziyyəti 5 kateqoriya üzrə bölünür:
- Normal sərxoşluq səviyyəsi – 0.18 və 0.4 promil arası.(Ölkə qanunvericiliyinə əsasən inzibati xəta sayılır)
- Yüngü sərxoşluq səviyyəsi: 1 və 1,9 promil arası
- Orta sərxoşluq səviyyəsi: 2 və 2,9 promil arası
- Ağır sərxoşluq səviyyəsi: 3 və 4 promil arası
- Kliniki ağır sərxoşluq səviyyəsi: 4 promil üzəri
“Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4 bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Axşam spirtli içki qəbul edib, sonra da 7-8 saatlıq aradan sonra səhər saatlarında həmin şəxsin qanında alkoqolun konsentrasiyasının 0,3 promill olması onun yolda digər hərəkət iştrakçıları üçün təhlükə törətməsinə səbəb ola bilər. Tibbi cəhətdən sürücü sərxoş hesab ediləcək.
Sərxoşluğun müəyyənləşdirilməsinin metodları var. Bunun üçün xüsusi sertifikatı olan cihazlardan istifadə olunur. Eyni zamanda, sərxoşluğun müəyyənləşdirilməsi üçün şübhəli sürücü həkim müayinəsinə aparıla bilər. Burada konkret olaraq göstərilir ki, sürücüdə 0,3 və daha artıq promil spirt aşkarlansa, həmin şəxs sərxoş hesab olunur. Saat, dəqiqə məsələsi yoxdur. Kimsə axşam bir litr spirtli içki qəbul edirsə, sabah günorta, hətta axşam saatlarında onun orqanizmində 0,3 promil spirt aşkarlana bilər. Yəni burada vaxt məsələsi əsas deyil
Xatırladaq ki, sərxoş halda avrtomobil idarə edən şəxs aşkar edildikdə nəqliyyat vasitələrini idarə etmə hüququ 1 ildən 2 ilədək müddətə məhdudlaşdırılmaqla 300 manatdan 700 manatadək miqdarda cərimə oluna bilər.