Əldə etdiyim , amma istifadə etmədiyim kuponu/ sertifikatı qaytarmaq mümükündürmü?

Sözsüz ki, biz Sizə sertifikatın etibarlıq müddəti ərzində istifadə olunmamış kuponın/sertifikatın pulunu qaytaracayıq. İstisnanı yalnız aksiyanın şərtində “Sertifikat/ Kupon mübadilə və ya qaytarıla bilməz” yazısı olanlar təşkil edir.

İstifadə müddəti bitmiş sertifikatın/kuponun məbləğini qaytarmaq mümükündürmü?

Kuponun/sertifikatın istifadə etmə müddəti bitmədiyi halda, biz həmin məbləği Sizin BeSmart.az-da olan şəxsi hesabınıza qaytara bilərik.

İstifadə müddəti 5 gün əvvəl bitmiş kuponun/sertifikatın məbləğini qaytarmaq mümkündürmu?

Təəssüf ki, sertifikatın/kuponun istifadə müddəti 5 təqvim günündən sonra, onun məbləğini geri qaytarmaq mümkün deyil.

Əldə edilmiş sertifikatı mala əvəz etdiyim və maldan razı qalmadığım halda, sertifikatın məbləğini geri qaytarmaq mümkündürmü?

Bəli, Siz sertifikatı mala dəyşdiyiniz andan 14 gün ərzində, malın qəbzi, qutusu və sənədləri olmaq şərti ilə partnyorumuza qaytara bilərsiniz. Bundan sonra isə Siz bizə müraciət edib, sertifikatın məbləğini qaytara bilərsiniz.

Məbləği BeSmart.az-dakı şəxsi hesabıma yox, nəğd almaq mümkündürmü?

Kuponu/sertifikatı əldə etdikdən sonra və onun istifadə müddətindən 5 gündən çox keçmədiyi halda Siz sertifikatın/kuponun məbləğini nəğd əldə edə bilərsiniz. Məbləğin nəğd qaytarılması ancaq ödənişi terminal vasitəsi ilə (Milliön, eManat, ExpressPay) və ya ofisimizdə etdiyiniz halda mümkündür. Bunun üçün Siz BeSmart.az ofisininə yaxınlaşıb, «BeSmart.az» MMC-in direktorun adına ərizə yazmaq lazımdır. Özünüz ilə şəxsiyyət vəsiqəsinizi, kuponun/sertifikatın nüsxəsini və ödəniş qəbzini götürməlisiniz ( terminal qəbzi və ya ofisimizdə alış etdiyiniz halda, kassa qəbzi). 5 gün ərzində Sizin sorğunuz baxılacaq və məbləğ Sizə nəğd şəkildə qaytarılacaq.

BeSmart.az-dakı hesaba pul yükləyib, amma kupon/ sertifikat əldə etmədiyim halda, pulu nəğd şəkildə əldə etmək mümkümdürmü?

Məbləğin nəğd qaytarılması ancaq ödənişi terminal vasitəsi (Milliön, eManat, ExpressPay) ilə və ya ofisimizdə etdiyiniz halda mümkündür. Bunun üçün siz BeSmart.az ofisininə yaxınlaşıb, «BeSmart.az» MMC-in direktorun adına ərizə yazmaq lazımdır. Özünüz ilə şəxsiyyət vəsiqəsinizi və ödəniş qəbzini götürməlisiniz ( terminal qəbzi və ya ofisimizdə alış etdiyiniz halda, kassa qəbzi). Məbləğin yüklənməsi bank kartı ilə olduğu halda, məbləğ həmin kartın hesabına qaytarilacaq. Bunun üçün Siz kartın son 4 rəqəmini və ödəmə tarixini göstərməlisiniz. 7- 9 gün ərzində məbləğ Sizin kartiniza qaytarılacaq.

Pul vəsaitlərinin qaytarılması zamanı və yaxud BeSmart.az hesabının nəğdləşdirilməsi zamanı hər hansısa bir faizin tutulması var?

Əgər tranzaksiya bank kartı vasitəsilə keçirilibsə hər tranzaksiyanın məbləğindən 3% tutulması mümkündür. Əgər tranzaksiya ödəniş terminalları vasitəsilə keçirilibsə hər tranzaksiyadan 5% tutulması mümkündür. Əgər ödəniş nəğd pullar vasitəsilə "BeSmart.az" MMC-nin ofisində keçirilibsə pulların qaytarılması heç bir komissiya tutulmadan keçirilir.

Hansı hallarda BeSmart.az hesabının nəğdləşdirməsi faizin tutulması ilə keçirilir?

İstənilən halda, hətta tranzaksiya səhv tranzaksiya olsa belə, tranzaksiyanın qaytarılması faizin tutulması ilə keçirilir. Həmçinin faizin tutulması bu hallarda da keçirilir: müştəri əldə etdiyi sertifikatı istifadə etməkdən imtina etsə və ya fikrini dəyişsə; müştəri istifadə edilmiş sertifikat/kuponun yarı qiymətinin qaytarılmasını tələb edən zaman.

*Diqqət, Vəsaitləri alınması zaman, vergi və maliyyə hesabının qaydalarna əsaslanaraq, orijinal qəbzin mövcudluğu məcburidir. Əks halda məbləğin qaytarılması mümkünsüzdür.