Biz kimik?

2011-ci ildə əsası qoyulmuş, BeSmart şirkəti hər gün Sizə ən müxtəlif xidmətlərdən istifadə etmək, alış-veriş etmək, müxtəlif müəssisələrə baş çəkmək və ya özünüz üçün maksimal xeyirlə bütün dünyanı səyahət etmək imkanını verir. Biz 4 ölkədə işləyirik və bizim coğrafiyamızı genişləndirməyi planlaşdırırıq. BeSmart Orta Asiyada və Qafqazda lidersayılan kupon xidmətdir.

Bizim şirkətimizin fəlsəfəsi sadədir:

Qənaət edilmiş pul - bu qazanılmış puldur!

50%-dən 90% qədər endirimlər

Hər gün BeSmart Sizə yeni endirimləri təklif edir. Bizim əməkdaşlarımız daim çalışırlar ki, yalnız Sizin üçün ən maraqlı təklifləri hazırlayıb təqdim etsinlər!

Kafe, restoranlar, gözəllik salonları və SPA, kino, kartinq, peyntbol, boulinq, fitnes-mərkəzlər, səyahətlər, mehmanxanalar və bir çox başqa unikal aksiyalar bizim saytımızda daim dərc olunur!

Bu necə işləyir?

Siz əvvəl heç vaxt belə xidmət haqqında eşitməmisiniz, amma indi Sizə maraqlıdır ki, bu necə olur? Hər şey çox sadədir – biz reklamın köhnə, darıxdırıcı və effektsiz üsulunu əvəz etdik.

Biz partnyorlara alıcıların artımına zəmanət veririk, əvəzində Siz heç yerdə tapmayacağınız aşağı qiymətləri alırsınız. Biz bilavasitə hər partnyorla işləyirik və onunla Sizin üçün ən əlverişli şərtlər haqqında razılaşırıq. Əvəzində partnyor ən yaxşı şərtləri təqdim edir: bu kollektiv alış-veriş adlanır. Siz xidmətin keyfiyyətli səviyyəsini alacaqsınız, çünki bunda biz və bizim partnyorlarımız maraqlıyıq.


Necə almaq olar?

Biz düşünürdük ki, Siz heç vaxt soruşmayacaqsınız ;) İlk növbədə qeydiyyatdan keçin, bunun üçün yalnız Sizin e-mail ünvanınız lazımdır. Sonra saytda istifadə etmək istədiyiniz aksiyanı seçin, aksiyanın şərtləriylə tanış olun və «Almaq» düyməsini basın. Sizin üçün rahat ödəniş üsulunu seçə bilərsiniz (bank kartıyla, ödəmə terminalları vasitəsi ilə və s.).

Həmçinin Sizin rahatlığınız üçün biz smartfonlar üçün (iPhone və ya Android) əlavələri (proqramları) hazırladıq ki, Siz istənilən vaxt alış-veriş edə biləsiniz.

Банковские
карты
Со счета
BeSmart
Терминал
оплаты
Онлайн
кошелёк
Интернет
банкинг
В офисе
Besmart