Festival Quba rayonunda böyük göl ətrafında həyata keçiriləcək. Festivalın əsas konseptini çoxlu rəngli tozlar təşkil edəcək, bununla paralel 4 ekstrim atraksion və böyük səhnə yaradılacaq, hər atraksionun fərqli ekstrim dərəcəsi və fərqli əyləncəsi olacaq, aparıcının olduğu səhnədə isə canlı musiqi və DJ masası hazırlanacaq. Festival gecə yarısınadək davam edəcək. Rəngli tozlar iştirakçılara girişdə ödənişsiz olaraq təqdim olunacaq.Festivalda simple və ya VİP biletlər əldə edərək iştrak edə bilərsiniz.

 



Ekstrim atraksion “Blob Jump” adlanır. Bu ekstrim zona əsasən hündürlüyü 9 metr olan “Jump” qülləsindən və suyun üzərində olan 12 metrlik hava şarından ibarətdir. Nümunə video



Diametri 3.5 metr olan boyük Zorb şarının içərisində uzunluğu 50 metr olan yoxuşa doğru yuvarlanaraq suya düşmək bu atraksionun əsas konsepsiyasıdır. Nümunə video:



Ekstrim zona “Water Velo jump” adlanır. Müəyyən bir sürətli velosiped zolağı olur, zolağın sonunda surətiniz müəyyən həddə çatdıqdan sonra tramplin vasitəsi ilə suya doğru sçrayırsınız. Surətinizdən aslı olaraq təxminən 10-15 metr uçuş traektoriyasıdır. Nümunə video:



Ekstrim zona “Slip and Slide ” adlanır. Bu ekstrim zolaq aguaparklarda olduğu kimi sürüşkən zolaq vasitəsi ilə surətlə suya doğru şürüşməkdən ibarətdir. İnsanlar hava şarları və sörf taxtası vasitəsi ilə bu atraksiondan istifadə edə bilər. Nümunə video:



Festival ərazisi qapalı olacaq. İştrakçılara qolbaqlar təqdim ediləcək. Burada geyim dəyişmə, duş və wc kimi şəraitlər olacaq. Maraqlıdır?! 6-7 iyun keçiriləcək “Yay Rənglər Festivalı” biletlərini artıq əldə edə bilərsən! Tələs!

Simple Düşərgənin proqramı:VİP Düşərgənin proqramı:

Sadə biletlə əldə etdiyiniz halda Festivalda bir günlük iştirak edəcəksiniz.
08:00 -Avtobuslar Bakıdan çıxır;
08:30 -Avtobusda səhər yeməyi;
11:00 -Avtobusun düşərgə ərazisinə çatması;
12:00 - Festivalın açılışı və ekstrim atraksionlardan istifadə;
13:00 - 17:00 Nahar yeməyi;
18:00 - 19:30 -Axşam yeməyi, açıq masa;
19:30 - 20:00 - Avtobuslara yerləşmək;
20:00 -22:00 Quba-Bakı yolu;

Simple - 1 günlük biletin qiyməti 60 manatdır. 

VİP Bilet əldə edən hər kəs Festivalda 2 gün 1 gecə iştirak edəcək;
20:00 - 02:00 - After party;
00:00 - Atəşfəşanlıq; Göl kənarında çadırlarda və yataq torbalarında gecələmə;
II gün
08:30 -Səhər yeməyi, açıq masa;
9:00 - 13:00 - Ekstrim atraksionlarda əyləncə;
13:00 -13:30 -Günorta yeməyi;
16:30 -Avtobusun düşərgə ərazisini tərk etməsi;

VİP - 2 gün -1 gecə üçün biletin qiyməti 100 manatdır. 


Biletlərə yol xərcləri, Rəngli tozlar, Atrakçionlarda əyləncə və Yemək daxildir. VİP biletlərə əlavə olaraq kemping daxildir. 

Əlaqə nömrələri:
Seymur: (051) 806 86 89
Ramin: (077) 357 00 70