Mushvig Hasanov

   «BeSmart» - şəffaf və etibarlı biznes idarə edilməsinin bütün prinsiplərinə riayət edən, yüksək inkişaf tempinə malik, zamanla ayaqlaşan, müasir şirkətdir.

Yaratmaq, insanların həyatını parlaq rənglərlə doldurmaq, həmişə bir addım öndə olmaq – "BeSmart"-ı hərəkətə gətirən, bütün başlamalar və müvəffəqiyyətli layihələri mənalı edən və ilham verən dəyərlərdir. Bundan başqa, Biz yalnız Azərbaycanda yox, həm də bütün MDB ölkələrində elektron ticarətin lideri olmaq üçün çalışırıq.

Biz əminik ki, biznesin müvəffəqiyyətini müştərilər, əməkdaşlar, partnyorlar və bütün cəmiyyət üçün yaradılmış dəyərlərlə ölçmək lazımdır. Keyfiyyətli və əlverişli təkliflər, kreativ və innovasiyalar, geniş iş təcrübəsi və yüksək ixtisaslı personal - bütün bunlar bizə inandığımız dəyərlərə riayət edərək gündəlik hədəflərimizə çatmağa kömək edir.

Bizim əsas qaydamız: "Dünyanı daha yaxşı edərək, dolğun, parlaq həyatla yaşamaq lazımdır!". Və məhz bu qayda "BeSmart.az-ı" Azərbaycan bazarında məhsul və xidmətlərin elektron satışı sahəsində lider etdi.


BeSmart Azerbaijan-nın baş direktoru,
Muşviq Həsənov

Tarixdə iz qoymaq - çətindir, insanların ürəklərində iz qoymaq isə daha da çətindir. 

Şəxsən Sizə münasibət Şəxsən Sizə münasibət
Müştəriyə qayğı
Xidmətin keyfiyyəti
Məlumatların təhlükəsizliyi
Xidmətlərin müxtəlifliyi
Smart texnologiyalar Smart texnologiyalar
«Yaşıl» texnologiyalar
eShopping
Onlayn ödənişlər
SMS xidmətlər
Smart komanda
Smart komanda
Yüksəlməyə motivasiya
Personalın inkişafı
Bərabər imkanlar
Sosial dəstək
Smart təşəbbüslər Smart təşəbbüslər
«Earth hour» aksiyası
«Ehtiyac duyanlara kömək et» aksiyası
«Həyat Ver» aksiyası

  «BeSmart.az»biznes olaraq sosialdır: gündəlik istifadə üçün xidmətlər və məhsullar Bakı üzrə yüz minlərlə sakinin həyatının ayrılmaz və lazımlı hissəsidir. Biz öz sosial rolumuzu, müştərilərimizin həyatını yaxşılaşdırmaq üçün onlara əlverişli qiymətlərlə gözəllik, tibb, təhsil, əyləncə və texnika sferalarında ən yaxşı həlləri təklif etməkdə görürük.

 Alıcıların xidmətinin yüksək səviyyəsinin təminatı üçün, biz öz sferamıza peşəkar və təşəbbüskar kadrları cəlb edirik - iddialı, həvəsli, yüksək səviyyəli məsuliyyətə malik olan insanları.

Biz əmək haqqını dəqiq və vaxtında ödəyirik, pensiya təminatı, əmək şərtlərinin müəyyən edilmiş normativlərə uyğunluğu kimi sosial zəmanətləri veririk. "BeSmart.az" peşəkar inkişaf imkanı verir, əmək məhsuldarlığını yüksəldən və hər bir əməkdaşın potensialını açan maliyyə və qeyri-maliyyə stimullaşdırma üsullarını fəal inkişaf etdirir.

Biz əməkdaşlarımızı öyrədirik - ixtisas artırma proqramları, özünü realizasiya etmək üçün şəxsi inkişafın uzunmüddətli perspektivlərində maraq formalaşdırma - bu sizə deyə biləcəklərimizin kiçik hissəsidir. Biz kadr potensialının inkişafına yönəldilmiş korporativ proqramlar reallaşdırırıq. Beləliklə, "BeSmart.az" bütovlükdə bütün Azərbaycan üzrə əmək resurslarının keyfiyyətinin artırılmasına kömək edir.

  

      Xeyriyyəçilik bizim üçün şirkətin sosial məsuliyyətinin tərkib hissələrindən biridir. Bu sahədə fəaliyyət bütovlükdə bizim müştərilərimizin və cəmiyyətin həyat keyfiyyətinin artmasına yönəldilmişdir.

 


Bütün səylərimizi sizin üçün ən yaxşı və keyfiyyətli məhsul və xidmətlər yaratmağa yönəldirik. Biz ətraf mühitə, keyfiyyətə ayırdığımız böyük diqqət qədər, ciddi yanaşırıq. Biz hər zaman iqlim dəyişikliklərinə öz təsirimizi azaltmağa çalışırıq - elektrik enerjisini məntiqlə istifadə edir, kağıza qənaət edirik və onu ikinci emal üçün istifadəyə verməyə çalışırıq, həmçinin ofisimizin ərazisində siqaret çəkmək qadağan edilmişdir. Fəxr etmək üçün artıq səbəblərimiz var, lakin biz daha bacarıqlıyıq. Bir şeyi dəqiq bilirik: "Birlikdə dünyanı daha yaxşı edəcəyik!"

 

 

Biz anlayırıq ki, əməkdaşlarımızın, müştərilərin və tərəfdaşların yaşayış keyfiyyəti qismən bizim əlimizdədir. Və bu bizə irəliyə doğru getmək üçün güc verir. Buna görə, «BeSmart.az» təklif etdiyi məhsullar görünməmiş tələbata malikdir. Lakin dünyanı olduğu kimi məhsullar və xidmətlər etmir. Biz birlikdə dünyanı daha parlaq, daha işıqlı edir, ona rənglərin inanılmaz palitrasını verir, yaxınlarımıza təbəssüm bəxş edirik. Bizim dünyamız - bizim evimiz, bizim əlimizdədir. Biz istəyirik ki, «BeSmart.az» Sizə yeni emosiyalar, təəssüratlar versin və hər günün sevinc və zəfərlərini sizinlə paylaşa bilsin!