Azure Business Centre

Fin kod nədir

sexsiyyet vesiqesinin fin kodu

Bu yazıda FIN kod nədir, yeni sexsiyyet vesiqesinin FIN kodu tapılması ilə bağlı suallara cavab tapacaqsız.

FIN kod nedir?  Sexsiyyet vesiqesinin FİN kodu, son vaxtlar bir çox elektron xidmətlərdə ( e.gov.az , my.gov.az və s )  istifadə olunan xüsusi bir koddur. Müəyyən əməliyyatlar apararkən şəxsiyyətimizi təsdiqləmək üçün fin kod tələb olunur.

Fin kod necə tapılır?

FIN kod – Fərdi Kimlik nömrəsidirDövlət reyestrinə daxil edilmiş məlumatları müəyyənləşdirməyə imkan verən xüsusi və unikal bir koddur.  Şəxsiyyət vəsiqəsinin FIN kodu 7 hərf və rəqəm qarışığından ibarət olur. FİN kodda istifadə olunan  hərflər ingilis əlifbasının hərflərindən ibarətdir. 

Köhnə və yeni şəxsiyyət vəsiqəsinin  FIN kodu harada qeyd olunur?

FIN kod şəxsiyyət vəsiqəsində aşağıdakı şəkildə göstərildiyi kimi qeyd olunur:

sexsiyyet vesiqesinin fin kodu

Şəxsiyyət vəsiqəsində qırmızı ilə işarələnmiş hissədəki kod FİN koddur. Yuxarıdakı göstərilmiş nümünə köhnə şəxsiyyət vəsiqələrində olan FİN koddur.

Yeni şəxsiyyət vəsiqəsində FİN kod

Azərbaycan Respublikası tərəfindən yeni təyin olunmuş yeni  FİN kod tamamilə fərqlidir. Aşağıdakı nümunədəki kimi yeni şəxsiyyət vəsiqəsinin  FIN kodun indi daha  asanlıqla tapa bilərsiniz. Sarı ilə göstərilən kod FİN koddur.

Şəxsiyyət vəsiqəsindəki FİN kod bizə nə vaxt lazım olur?

Hər hansı qurumun anketini və ya ərizəsini doldurarkən FİN Kod tələb olunur. FİN kod daha çox e.customs.gov.az , my.gov.az, e.gov.az saytlarına daxil olarkən lazımdır.

Leave a comment