Aristokrat tibb klinikasında üzün vakuumlu təmizlənməsi 70% qədər endirimlə!

Bu necə işləyir?:
  • BeSmart.az saytında sertifikat alaraq siz Aristokrat tibb klinikasın-da üzün vakuum təmizlənməsinin 1,2 və 3 seansın 70% qədər endirimlə son dəyərini ödəyirsiniz. Əlavə heçnə ödəmək lazım deyil.
  • Sertifikatın növləri:
  • - 1 seans 60% endirimlə. 35 AZN əvəzinə 14 AZN ödəyin.
  • - 3 seans 65% endirimlə. 105 AZN əvəzinə 36 AZN ödəyin.
  • - 5 seans 70% endirimlə. 175 AZN əvəzinə 52 AZN ödəyin.
  • Sertifikata daxildir:
  • - Həkim-kosmetoloqun konsultasiyası
  • - Demakiyaj
  • - Tonizasiya
  • - Kükürd maskası
  • - Yüngül masaj
  • - Facebook
    - Instaqram
  • Telefon: 012 497 88 24.
Təsvir :

Dərinin yumşaq və elastik qalması üçün dəridəki piy vəzilərinin böyük əhəmiyyəti vardır. Onlar tərəfindən hazırlanan piy maddəsi üzün dərisi boyu bərabər yayılaraq özünəməxsus qoruyucu təbəqə əmələ gətirir. Havanın təsiri altında piy tıxacı yaraşıqsız qara nöqtənin – kamedonun, bəzi hallarda isə dəri altından qalxan ağ nöqtənin – ağ civzənin əmələ gəlməsinə səbəb olur.

Mənzillərimizdə gündəlik istifadə etdiyimiz su üzün dərisi üçün o qədər də xeyirli deyil. Onun tərkibində olan xlor və mineral duzlar dərinin qurumasına səbəb olur. Ən başlıcası isə odur ki, bu maddələr dəridəki tər və piy vəzilərinin ifraz etdiyi maddələrlə kimyəvi reaksiyaya girərək onların axarlarının bağlanmasına səbəb olur. Üzünüzü yalnız içməli (butulkalarda satılan) və mineral (qazsız) sularla yumağa çalışın (əlacsız qaldıqda – qaynanmış sudan istifadə edin). Üzünüzü sərin su ilə (otaq temperaturundan artıq olmayan) yumaq daha yaxşı hesab olunur. Yalnız yağlı dərisi olan insanlar istisna təşkil edirlər. Belə dərisi olanlar üzlərini əvvəlcə ilıq su ilə yumalı, daha sonra isə nisbətən sərin su ilə yaxalamalıdırlar.
Dərinin dərin təmizlənməsi - bir neçə etaplı prosesdir. Dərin təmizlənmə müvafiq tələbat yarandıqda və dərinin tipindən asılı olaraq həyata keçirilir. Quru dəriyə nisbətən yağlı dərinin dərin təmizlənməsi daha tez-tez aparılmalıdır.

Skrablardan istifadə edilməsi vacib hesab edilir. Çünki dəri hüceyrələri daimi olaraq təzələnir. Köhnə, ölmüş hüceyrələr xaric edilmədikləri halda üzün səthində yığılıb qalır. Tədricən dəri səthində başdan-başa ölmüş hüceyrə pulcuqlarından ibarət təbəqə əmələ gələ bilər. Nəticədə dəri kifayət qədər oksigen ala bilmir, boz, qeyri-sağlam şəkil alır, onun üzərindəki məsamələr bağlanaraq sızanaqların, civzələrin və digər iltihab ocaqlarının əmələ gəlməsinə səbəb olur.
Əlbəttə ki, biz üzümüzü yuduqda, təmizləyici vasitələrdən istifadə etdikdə ölmüş dəri hüceyrələri pulcuqlarını bir qədər yusaq da, bu, dərinin onlardan tam təmizlənməsi üçün kifayət etmir. Dərinin skrablardan istifadə edilməsi ilə aparılan dərin təmizlənməsindən sonra dəridə maddələr mübadiləsi bərpa edilir, dəri daha çox miqdarda oksigen alır, daha yumşaq və hamar olur.

Keyfiyyət zamanəti:

Ünvan:
Metro Narimanov, Aşıq Molla Cuma 16
055 600 79 40
Sual / Cavab ()
Sual vermək