Ərizə formasının vahid qaydası olmasa belə vacib sənəddir. Bir çox əmrlər, sərəncamlar və bunun kimi bir sıra iş proseslərinin ərizəsiz rəsmiləşdirilməsi mümkün deyildir. Ərizənin yazılma forması ilə bağlı hər hansı vahid qaydalar qoyulmasa da, müvafiq standartlara cavab verməlidir.
ƏRİZƏ oxunaqlı olmalıdır. Əl yazısı ilə yazılması məsləhət görülür.
Sizin vəziyyətinizə müvafıq olan bütün sahələr doldurulmalıdır. Əks halda sizin ərizə formanız tamamlanmamış hesab edilərək rədd ediləcəkdir.
Simvollar və ya abreviaturalardan istifadə etməyin: məzmunu sözlərlə aydın şəkildə izah edin.
Fikrinizi yığcam ifadə edin.
Hər birimiz məktəb dövründən bəri bir sıra Ərizə formaları ilə qarşılaşmışıq, lakin hələdə bəzi ərizə formalarını yazmaqda çətinlik çəkirik və axtarış sistemlərində “ərizə necə yazılır”, “ərizə nümunələri”, “ərizə necə yazılır”, “düzgün ərizə formaları” kimi mövzular aktualdır. Elə isə gəlin bir sıra lazımlı Ərizə formaları ilə tanış olaq.
Ərizə formasının növləri
İlkin olaraq ərizə formasının iki növü vardır:
Xahiş,arzu ilə bağlı olan ərizələr
Şikayət xarakteri daşıyan ərizələr
Ərizə növləri isə aşağıdakılardır:
Başqa vəzifəyə keçirilmə ərizəsi razılıq – Nümunə yüklə
Başqa vəzifəyə keçirilmə ərizəsi xahiş – Nümunə Yüklə