Azure Business Centre

4-cü qrup ixtisasları və fənnləri 2024

Bu qrupa adətən tibbi təhsil almaq istəyən abituriyentlər müraciət edir. 4 cü qrup ixtisaslarının ancaq tibblə bağlı olmasını deməkdə olmaz. 4-cü qrupun özünə məxsus maraqlı ixtisaslari var. 

4-cü qrup fənnləri aşağıdakılardır :

  1. Azərbaycan dili 
  2. Riyaziyyat 
  3. Xarici dili 
  4. Kimya 
  5. Fizika 
  6. Biologiya 

4-cü  ixtisas qrupunda ən yüksək bal Biologiya fənnində olur. 200 bal. Qalan 4-cü qrup  fənnlərdən hər biri 100 bal verir. Biologiyayaya digərlərinə nisbətən daha çox diqqət etməniz məsləhətlidir. 

İmtahanın 1 ci mərhələsində buraxılış fənnlərindən- Azərbaycan dili, Riyaziyyat və Xarici dildən imtahan verirsiniz. İkinci mərhələdə isə əsas qəbul fənnlərindən – Kimya, Biologiya və Fizika fənnlərindən imtahan verilir. 

4 cu qrup ixtisaslari aşağıdakılardır :

  1. Biologiya müəllimliyi 
  2. Kimya müəllimliyi 
  3. Psixologiya- tədris Azərbaycan və ingilis dilində 
  4. Kimya – tədris Azərbaycan və ingilis dilində
  5. Biologiya – tədris Azərbaycan və ingilis dilində 
  6. Ekologiya – tədris Azərbaycan və ingilis dilində 
  7. Su bioehtiyatları və akvabitkilər
  8. Kimya və biologiya müəllimliyi 
  9. Əczaçılıq 
  10. Müalicə işi
  11. Tibbi profilaktika
  12. Stomatologiya
  13. Bədən tərbiyəsi və idmanda reablitasiya 
  14. Baytarlıq 
  15. Bitki mühafizəsi 
  16. Bağçılıq və tərəvəzçilik

4-cü qrupun ən prestijli ixtisasları 

Psixologiya
4-cü qrup ixtisaslarından olan  Psixoloqların işi bir şəxsin davranışlarını və ya hərəkət etmə formalarını araşdırmaqdır. Psixoloq və psixiatr tamamilə fərqli sahələrdir. Ona görə də seçimi düzgün edin.

Aşağıdakı universitetlərdə psixologiya təhsili tədris olunur :

 
  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Naxçıvan Müəllimlər İnustutu 
  • Gəncə Dövlət Universiteti 
  • Sumqayıt Dövlət Universiteti 
  • Azərbaycan Kooperasiya Universiteti 
  • Qərbi Kaspi Universiteti 
  • Bakı Qızlar Universiteti 
  • Odlar Yurdu Universiteti 
  • Xəzər Universiteti 

Kimya 
Kimya fundamental tədqiqatların aparıldığı, material və reaksiyaları analiz edən bir sahədir. Sizin dərəcənizlə birbaşa əlaqəli işlərə aşağıdakılar daxildir :

  • Akademik tədqiqatçı
  • Analitik kimyaçı
  • Kimya mühəndisi
  • Elmi labaratoriya işcisi
  • Ali təhsil müəllimi
  • Elm yazarı
  • Orta məktəb müəllimi 

Bu ixtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz:

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Gəncə Dövlət Universiteti 
  • Sumqayıt Dövlət Universiteti 

Biologiya 
Biologiya canlı təbiət haqqında olan bir  elmdir. 

Biologiya ixtisasına  aşağıdakı universitetlərdə yiyələnmək olar :

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Gəncə Dövlət Universiteti 
  • Sumqayıt Dövlət Universiteti 
  • Qərbi Kaspi Universiteti 
  • Odlar Yurdu Universiteti 
  • Naxçıvan Dövlət Universiteti 

Odlar Yurdu və Naxçıvan Dövlət Universitetində Subbakalavrlar üçündə qəbul var. 

Stomatologiya 
Stomatologiya – diş, üz, boyun, çənə və ağız boşluğu ilə bağlı fərqli problemlər və estetik işlərlə məşğul olan sahədir. Stomatologiya ən gəlirli sahələrdən biridir. Stomatologiya aşağıdakı sahələrə bölünür :

  • Stomatoloq terapevt
  • Stomatoloq cərrah 
  • Stomatoloq ortoped
  • Stomatoloq periodentist
  • Stomatoloq ortodontist və s. 

 

Stomatologiya ixtisası üzrə aşağıdajı universitetlərdə təhsil ala bilərsiniz :

  • Azərbaycan Tibb Universiteti 
  • Naxçıvan Dövlət Universiteti 

 Əczaçılıq 
4 cü qrup ixtisası olan əczaçılıq  dərmanşünaslığın vacib,ayrılmaz sahəsi olub, dərman vasitələrinin hazırlanması, standartlaşdırılması, keyfiyyətinin qiymətləndirilməsi, saxlanması və buraxılmasına xidmət edir. 

Əczaçılıq ixtisasına  aşağıdakı universitetlərdə yiyələnmək olar :

  • Azərbaycan Tibb Universiteti 
  • Naxçıvan Dövlət Universiteti 
  • Azərbaycan Dövlət Aqrar Universiteti ( Gəncə şəhəri).