Çoxumuz artıq 8-9 cu sinifdən hansı ixtisasları seçəcəyimizi və yaxud hansı qrupların bizə uyğun olduğun araşdırıb dəqiqləşdiririk və seçdiyimiz 3-ci qrup fənləri üzrə hazırlıqlara başlayırıq. Bəs onda 3 ci qrup fənləri hansılardır ?
3 cü qrup fənləri hansılardır?
III qrup fənnləri humanitar fənnlərdən ibarətdir. Bu qrup humanitar fənnlərdə daha yaxşı olan abituriyentlər üçündür.
III qrup fənnləri:
- Azərbaycan dili
- Riyaziyyat
- Xarici dili
- Ədabiyyat
- Tarix ( Azərbaycan və ümumi)
İmtahanın ilk mərhələsində buraxılış fənnlərindən – Azərbaycan dili, Riyaziyyat və Xarici dilindən imtahan verilir. İkinci mərhələdə Tarix və Ədabiyyatdan – qəbul fənnlərindən imtahan verilir.
Azərbaycan dili və Tarixdə maksimum bal 200-dür. Qalan fənnlərdə isə maksimum bal 100-dür. Ona görədə Azərbaycan dili və Tarixə daha çox diqqət ayırmalısınız.
3 cü qrup ixtisasları hansılardır?
3 cü qrup ixtisaslari öz çeşidliyi ilə seçilir.
Aşağıda sizə III qrupun ən yaxşı ixtisasları haqında məlumat verəcəm.
III qrupa daxil olan ən yaxşı ixtisaslar :
Sosial iş
3-cü qrup ixtisasə sosial iş insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş sahədir. Bu ixtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz :
- Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
- Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
- Naxçıvan Dövlət Universiteti
- Gəncə Dövlət Universiteti
- Azərbaycan Kooperasiya Universiteti
- “Azərbaycan” Universiteti
- Bakı Avrasiya Universiteti
- Odlar Yurdu Universiteti
- Bakı Biznes Universiteti
- Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
Hüquqşünaslıq
Digər 3-cü qrup ixtisası Hüquqşünaslıq həm qədim, həmdə çox ehtiyac duyulan bir ixtisasdır.
Hüquqşünaslıq aşağıdakı universitetlərdə tədris olunur :
- Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
- Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
- ADA Universiteti
- Milli Aviasiya Akademiyası
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
- Naxçıvan Dövlət Universiteti
Jurnalistika
Bu ixtisas J kütləvi rabitə kanalları vasitəsilə müvafiq məlumatların toplanması, işlənməsi və vaxtaşırı yayılması üçün ictimai fəaliyyət növüdür. Bu ixtisas aşağıdakı universitetlərdə tədris olunur :
- Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
- Azərbaycan Dillər Universiteti – tədris ingilis dilində
- Bakı Slavyan Universiteti
Dövlət və İctimai münasibətlər
Dövlət və ictimat münasibətlər ixtisası ictimai işlərin bütün sahələrində anında effektiv təsir göstərmə gücünə malik yüksək intellektual siyasətçilər hazırlayır. Bu ixtisasa aşağıdakı universitetlərdə tədris olunur :
- Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
- Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
- ADA Universiteti
Tərcümə ( Azərbaycan – Koreya dili)
Tərcümə ixtisası iki dil arasında tərcümə işini öyrənir. Tərcümənin şifahi və yazılı növləri olur.
Tərcümə ixtisası üzrə aşağıdakı universitetdə təhsil ala bilərsiniz :
- Azərbaycan Dillər Universiteti
Tərcümə fakültəsində başqa dillərdə də tədris olunur.
3 cü ixtisas qrupuna daxil edilən yeni ixtisaslar
Bu il Azərbaycanda III qrupda 3 yeni ixtisas yaranıb. 5 ixtisas ləğv olunub. 2 ixtisasın isə adı dəyişdirilib.
Məktəbəqədər təlim və tərbiyə, Kitabşünaslıq, Antropologiya, Teatrşünaslıq və Kinoşünaslıq ixtisasları bu qrupda ləğv olunub. Kitabxanaçılıq və informasiya və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları müvafiq olaraq adları dəyişdirilərək Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması adlandırılıb. III qrupa daxil edilən yeni ixtisasların siyahısında Məktəbəqədər təhsil, İslamşünaslıq və İctimai təhlükəsizlik və idarəetmə yer alıb. III qrupa 24 ixtisas daxildir. Bu ixtisaslar aşağıdakılardır :
- Azərbaycan dili və Ədəbiyyat müəllimliyi
- Dil və ədəbiyyat müəllimliyi ( dillər üzrə)
- İbtidai sinif müəllimliyi
- Korreksiyaedici təlim
- Məktəbəqədər təhsil
- Tarix müəllimliyi
- Təhsildə sosial-psixoloji xidmət
- Xarici dil müəllimliyi ( dillər üzrə)
- Dinşünaslıq
- Dövlət və İctimai münasibətlər
- Fəlsəfə
- Fililogiya ( dil və ədəbiyyat göstərilməklə)
- Hüquqşünaslıq
- İslamşünaslıq
- Jurnalistika
- Kitabxanaçılıq və informasiya fəaliyyəti – 1
- Politologiya
- Tarix
- Tərcümə (dillər üzrə)
- Bədii yaradıcılıq və ekran dramaturigiyası
- Muzey, arxiv işi və abidələrin qorunması – 2
- Sənətşünaslıq ( sahələr üzrə)
- Sosial iş
- İctimai təhlükəsizlik və idarəetmə