Azure Business Centre

2-ci qrup fənnləri və ixtisasları 2024

Çoxumuz artıq  8-9 cu sinifdən hansı ixtisasları seçəcəyimizi və yaxud hansı qrupların bizə uyğun olduğun araşdırıb dəqiqləşdiririk və seçdiyimiz  2-ci qrup fənləri üzrə hazırlıqlara başlayırıq. Bəs onda 2 ci qrup fənləri hansılardır ?

2 ci qrup fənnləri aşağıdakılardır :

  1. Azərbaycan dili 
  2. Riyaziyyat 
  3. Xarici dili 
  4. Coğrafiya 
  5. Tarix ( Azərbaycan və ümumi) 

2-ci qrup da əsas fənnlər Coğrafiya və Riyaziyyat olduğundan hər birinin balı 200 bal qiymətləridirilir. Qalan 2-ci qrup fənnləri isə 100 bal qiymətləndirilir. 
Hər iki tarix ( Azərbaycan tarixi  və Ümumi tarix )  fənnindən imtahan verilsədə tarix əsas fənn kimi götürülmür.

2 ci qrup ixtisasları aşağıda tanış ola bilərsiniz. :

Beynəlxalq münasibətlər 

Beynəlxalq münasibətlər hüquq, sosial araşdırmalar və xarici dillərə maraq göstərənlərə daha   uyğundur. Bu ixtisası seçənlər üçün xarici dil bilikləri  çox vacibdir. Beynəlxalq münasibətlər ixtisasının məzunları dövlət və özəl müəssisələrindən əlavə, magistr təhsili alıb pedaqoq ( müəllim )  kimi fəaliyyət göstərə bilərlər. 

Bu ixtisasın tədrisi aşağıdakı universitetlərdə mövcuddur:

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Azərbaycan Dillər Universiteti 
  • Bakı Slavyan Universiteti 
  • Azərbaycan Dövlət İdarəçilik Akademiyası 
  • Qərbi Kaspi Universiteti 
  • Xəzər Universiteti – tədris İngilis dilində 
  • Bakı Avrasiya Universiteti 
  • Odlar Yurdu Universiteti 
  • Naxçıvan Universiteti 
  • ADA 

Biznesin idarə edilməsi 

Bu ixtisasın əsas məqsədi tələbələrə biznes fəaliyyətinin  təşkili və idarə edilməsinin əsas metod  və prinsipləri haqqında biliklərin verilməsidir. Bu ixtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz :

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-tədris Azərbaycan və İngilis dilində 
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti 
  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan və Türk dilində 
  • Bakı Mühəndislik Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Azərbaycan Dövlət Aqrar Universiteti 
  • Azərbaycan Turizm və Menecment Universiteti 
  • Gəncə Dövlət Universiteti
  • Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri) 
  • Sumqayıt Dövlət Universiteti 
  • Mingəçevir Dövlət Universiteti 
  • Lənkəran Dövlət Universiteti 
  • Azərbaycan Kooperasiya Universiteti 
  • Azərbaycan Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Qərbi Kaspi Universiteti 
  • Xəzər Universiteti – tədris İngilis dilində 
  • Bakı Avrasiya Universiteti 
  • Odlar Yurdu Universiteti 
  • Bakı Biznes Universiteti – tədris İngilis dilində 

İqtisadiyyat 

İqtisadiyyat iqtisadiyyatın bütün sahələrini əhatə edən peşəkar mütəxəssislər yetişdirir. Bu ixtisasın məzunları dövlət strukturlarında, ictimai əhəmiyyətli bir çox  qurum və şirkətlərdə, xarici investisiyalı şirkətlərdə, kiçik, orta və iri biznes  subyektlərində, xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərdə və digər biznes strukturlarında fəaliyyət göstərə bilirlər. Bu ixtisasa siz aşağıdakı universitetlərdə yiyələnə bilərsiniz:

  •  Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan, türk və ingilis dilində 
  • Bakı Mühəndislik Universiteti – İngilis dilində tədris 
  • Azərbaycan Dövlət İdarəçilik Akademiyası 
  • Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyası 
  • Naxçıvan Dövlət Universiteti 
  • Azərbaycan Dövlət Aqrar Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Gəncə Dövlət Universiteti 
  • Sumqayıt Dövlət Universiteti 
  • Mingəçevir Dövlət Universiteti 
  • Sumqayıt Dövlət Universiteti 
  • Lənkəran Dövlət Universiteti 
  • Azərbaycan Kooperasiya Universiteti 
  • Azərbaycan Universiteti – tədris Azərbaycan və İngilis dilində
  • Qərbi Kaspi Universiteti 
  • Xəzər Universiteti – tədris İngilis dilində
  • Bakı Avrasiya Universiteti 
  • Bakı Biznes Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Naxçıvan Universiteti 
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 

Marketinq 

Marketinq – mübadilə fəaliyyətini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətlərdən biridir. Mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların, təlabat və ehtiyaclarının müəyyən edilməsi, bu təlabatlara uyğun təkliflərin  hazırlanması, tələbata uyğun məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilnəsi, satışdan əvvəl və sonrakı xidmətin təşkili, reklam fəaliyyəti tələb olunur və bütün bunlar bir marketinq tərəfindən həyata keçirilir. İxtisasın həm bu günki   gündə,  həm də gələcəyi parlaqdır. Bu ixtisas üzrə aşağıdakı universitetlərdə  təhsil ala bilərsiniz. 

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – tədris İngilis dilində 
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti 
  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan və Türk dilində 
  • Azərbaycan Turizm və Menecment Universiteti 
  • Azərbaycan Dövlət Aqrar Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Gəncə Dövlət Universiteti 
  • Azərbaycan Texnologiya Universiteti 
  • Sumqayıt Dövlət Universiteti 
  • Mingəçevir Dövlət Universiteti 
  • Lənkəran Dövlət Universiteti 
  • Azərbaycan Kooperasiya Universiteti 
  • Azərbaycan Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Qərbi Kaspi Universiteti 
  • Xəzər Universiteti – tədris İngilis dilində 
  • Bakı Avrasiya Universiteti 
  • Odlar Yurdu Universiteti 
  • Bakı Biznes Universiteti 
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 

Mühasibatlıq 

Bu ixtisasın əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatın aparılması yönündə biliklərin verilməsidir. Bu ixtisas üçün yaxşı riyazi bacarığı olan, iqtisadiyyat və hüquq sahələri ilə maraqlananlar üçündür. Hal-hazirda bu ixtisasa böyük təlabat var. Bu  ixtisas aşağıdakı universitetlərdə tədris olunur :

  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan, türk və ingilis dilində 
  • Bakı Mühəndislik Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Azərbaycan Turizm və Menecment Universiteti 
  • Naxçıvan Universiteti 
  • Azərbaycan Dövlət Aqrar Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Gəncə Dövlət Universiteti 
  • Azərbaycan Texnologiya Universiteti 
  • Sumqayıt Dövlət Universiteti 
  • Lənkəran Dövlət Universiteti 
  • Mingəçevir Dövlət Universiteti 
  • Azərbaycan Kooperasiya Universiteti 
  • Azərbaycan Universiteti 
  • Qərbi Kaspi Universiteti
  • Xəzər Universiteti – tədris İngilis dilində 
  • Bakı Avrasiya Universiteti 
  • Odlar Yurdu Universiteti 
  • Bakı Biznes Universiteti 
  • Naxçıvan Universiteti 
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 

Coğrafiya 

Coğrafiya – təbiətlə insanın qarşılıqlı təsirini öyrənən bir ixtisasdır.  Bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnmək olar :

  • Bakı Dövlət Universiteti 
  • Naxçıvan Dövlət Universiteti 
  • Azərbaycan Kooperasiya Universiteti 

Maliyyə 

Maliyyə, şirkətin və ya dövlətin maliyyə resurslarının idarə olunması və təşkili deməkdir. Bu İxtisas şirkətlərin mövcud olan maliyyə resurslarının necə idarə  olunmasını öyrədir. Bu ixtisas gələcək üçün ən perspektivli ixtisaslardan biridir. 

  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan, türk və ingilis dilində 
  • Bakı Mühəndislik Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Azərbaycan Turizm və Menecment Universiteti 
  • Azərbaycan Dövlət Aqrar Universiteti 
  • Gəncə Dövlət Universiteti 
  • Sumqayıt Dövlət Universiteti 
  • Mingəçevir Dövlət Universiteti 
  • Lənkəran Dövlət Universiteti 
  • Azərbaycan Kooperasiya Universiteti 
  • Azərbaycan Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Qərbi Kaspi Universiteti 
  • Xəzər Universiteti – tədris İngilis dilində 
  • Bakı Avrasiya Universiteti 
  • Odlar Yurdu Universiteti 
  • Bakı Biznes Universiteti 
  • Naxçıvan Universiteti 
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 

Coğrafiya müəllimliyi 

Bu ixtisas üzrə  aşağıdakı universitetlərdə  təhsil ala bilərsiniz:

  • Bakı Dövlət Universiteti 
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti 
  • Naxçıvan Universiteti 
  • Gəncə Dövlət Universiteti 
  • Sumqayıt Dövlət Universiteti 
  • Xəzər Universiteti 
  • Naxçıvan Universiteti 
  • Bakı Qızlar Universiteti 

Menecment 

Bu ixtisas şirkətin idarəçiliyini və onun effektiv idarə olunmasi üsullarını  öyrədir.  Bu ixtisas iqtisadiyyata və idarəetməyə marağı olanlar üçündür. Bu İxtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz :

  • Bakı Dövlət Universiteti 
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Azərbaycan Texniki Universiteti 
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti 
  • Azərbaycan Dövlət İqtisad Universiteti